DemirDöküm Ademix

DemirDöküm Ademix

Yüksək qənaət, kompakt ölçü

  • A sinfi yüksək isitmə səmərəliliyi
  • Ağıllı isitmə sistemi
  • Dünya mükafatlı şıq dizayn
  • İstifadəçi dostu idarəetmə paneli

Üstün xüsusiyyətlər

Fərqli güc seçimləri

18/24 və 24/28 kW güc seçimləri sayəsində həm böyük, həm də kiçik sahəli istifadə məkanlarında ən uyğun həlli təklif edir. Bununla tələbatınıza uyğun enerji sərfiyyatı edərək həm qənaət, həm də komfort təmin edir.

A sinfi yüksək isitmə səmərəliliyi

ErP direktivinə əsasən A sinfi isitmə səmərəliliyinə malikdir. %93-ə çatan mövsümi isitmə səmərəliliyi sayəsində az təbii qaz sərfiyyatı ilə yüksək qənaət təmin edir.

A sinfi yüksək isti su səmərəliliyi

ErP direktivinə görə XL axın profilində isti istifadə suyu üzrə A sinfi səmərəliliyə malikdir. Bu sayədə isti su sərfiyyatında da yüksək qənaət əldə edilir.

Frekans idarəetməli nasosla elektrikə qənaət

Yüksək səmərəli nasos sayəsində sistemin ehtiyacına görə nasosun sürəti avtomatik tənzimlənir. Beləliklə, daha az elektrik sərfiyyatı təmin edir.

Paslanmayan polad istilik dəyişdiricisi

Dairəvi quruluşlu paslanmayan polad premix istilik dəyişdiricisi sayəsində yüksək istilik ötürülməsi təmin olunur. Bununla yanacağa qənaət və uzunömürlü istifadə imkanı yaradır.

Ağıllı isitmə sistemi

Məkanın anlıq güc tələbatına əsasən gediş və dönüş temperatur sensorları vasitəsilə suyun temperaturunu nəzarətdə saxlayaraq alov və nasos modulyasiyası aparır. Bu da daha iqtisadi istifadə imkanı yaradır.

Yüksək isti su komfortu

Ademix 18/24 modelində 24 kW, Ademix 24/28 modelində isə 28 kW isti su gücü sayəsində bol miqdarda isti su əldə etməyinizə imkan verərək yüksək isti su komfortu təqdim edir.

İstifadəçi dostu idarəetmə paneli

LCD ekranı və fırlanan idarəetmə düymələri ilə hər yaşdan istifadəçi üçün uyğundur.

Kompakt ölçülər

Ademix kombiləri kompakt ölçüləri və 25,6 kq çəkisi ilə daha az yer tutur və çevik montaj imkanı yaradır. (626x400x270 mm)

Dünyaca mükafatlandırılmış şıq dizayn

DemirDöküm Sənaye Dizaynı və AR-GE şöbələri tərəfindən hazırlanmış, 100% türk dizaynına malik və yerli istehsal olan Ademix kombi, dünyanın ən prestijli sənaye dizayn mükafatlarından biri olan Good Design mükafatına sahibdir.